AZ

Milton qasırğasından ilkin olaraq 16 nəfər ölüb

ABŞ-ın Florida ştatının qərb sahillərini  Milton qasırğası özü ilə 70 mil/saata çatan küləkli tornadoları və daşqınlarla müşayiət olunan güclü yağışları da gətirib. Bu barədə ABŞ mətbuatı yazır.

Belə ki, hazırda qurbanların sayının  16 nəfər olduğu bildirilir. Sent-Lusiya bölgəsindəki düşərgədə 5 nəfər həlak olub.

Xilasedicilər qonşu rayonda daha bir şəxsi evinin dağıntıları altında aşkar ediblər.

O da bildirilir ki, "Milton” qasırğası artıq Floridanı tərk edərək Atlantik okeanına keçib.
 
Aytac

www.anews.az
Seçilən
11
anews.az

1Mənbələr