AZ

Fitch: "Milton" üzündən ABŞ-da sığortalanmış ziyan $100 milyarddan çox olacaq

Florida ştatına düşən "Milton" qasırğası nəticəsində yaranan dağıntılar, ABŞ-da bu il sığortalanmış ziyanın ümumi məbləğinin $100 milyarddan çox olmasına səbəb olacaq. 

Valyuta.az xəbər verir ki, bu qiymətləndirmə ilə beynəlxalq reytinq agentliyi Fitch Ratings cümə axşamı çıxış edib.

"Qasırğa "Milton"un [nəticələrini] nəzərə alaraq, sığortalanmış ziyan 2024-cü ildə $100 milyardı keçəcək. Bu ziyan hər il bu məbləğdən çox olur", - agentliyin bəyanatında qeyd edilib. Fitch Ratings-in hesablamalarına görə, "Miltın"ın özündən sığortalanmış ziyan $30-50 milyard təşkil edəcək.

Agentlik vurğulayır ki, bu qədər böyük məbləğ "növbəti il sığorta tariflərinin azaldılması ilə bağlı hər hansı perspektivləri məhdudlaşdıracaq".

Nicat

Seçilən
15
valyuta.az

1Mənbələr