Bank Respublika üçüncü rübdə bütün göstəricilər üzrə artım nümayiş etdirib
Bank Respublika biznesin
bütün sahələri
üzrə dinamik inkişaf nümayiş etdirib
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika,
2024-cü ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən,
Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən
biri statusunu möhkəmləndirib.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün maliyyə göstəriciləri
üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:
✅ Bankın
aktivləri 15% artaraq 2,2 milyard
manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən
biridir.
✅ Bankın
məcmu kapitalı 38% artaraq 206,7
milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
✅ Bankın
kredit
portfeli 25% artaraq 1,4 milyard manata çatıb.
✅ Bankın
depozit portfeli 12% artaraq 1,3
milyard manat təşkil edib.
✅ Bankın
xalis faiz gəlirləri 30%-dən çox artaraq 109,43 milyon manata çatıb.
✅ Bankın
xalis əməliyyat mənfəəti 46%-dən çox artaraq 52,1 milyon manata çatıb.
✅ Bankın
xalis mənfəəti 53% artaraq 39,2
milyon manat təşkil edib.
✅ I dərəcəli kapitalın adekvatlıq əmsalı
- 9,58% (norma 6%)
✅ Məcmu kapitalın adekvatlıq əmsalı
- 13,66% (norma 12%)
✅ Leverec əmsalı - 6,68% (norma 5%)
Bank
Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş
bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə
qurumlarından biri olan - Sparkassen International Development Trust
(Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində
və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
www.anews.az