AZ

Lavrov: Rusiya Yaponiyanın hərbi gücünü artırmasından ciddi narahatdır- ÖZƏL

Rusiya Federasiyası dinc inkişafdan açıq şəkildə imtina edən Yaponiyanın hərbi gücünü artırmasından ciddi narahatdır. Bu, müasir dünya nizamının dağılmasına gətirib çıxara bilər. 

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosda keçirilən 19-cu Şərqi Asiya Sammiti çərçivəsində deyib.

"Yaponiya ilə bağlı konkret olaraq qeyd etmək lazımdır ki, biz bu ölkənin hərbi gücünü yenidən artırması ilə ciddi narahatıq. Bu, ümumilikdə müasir dünya düzəninin sökülməsinə və onun yerinə bugünkü görüşdə baş nazir Şigeru İsibanın yenidən geniş danışdığı qaydalara əsaslanan həmin düzənin gətirilməsinə səbəb ola bilər,"-Rusiya xarici işlər naziri vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr