AZ

Azərbaycanda bələdiyyələrin sayı azaldılır

Bakı. Trend:

Azərbaycanda bələdiyyələrin sayı azaldılır.

Trend-in məlumatına görə, bu barədə Milli MəclisinRegional məsələlər komitəsinin bu gün keçirilən iclasındamüzakirəyə çıxarılan Regional məsələlər komitəsinin “AzərbaycanRespublikasında bələdiyyələrin birləşməsi yolu ilə yenibələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin ərazilərivə torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə –“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklikedilməsi barədə” qanun layihələrində əksini tapıb.

Layihəyə əsasən,1400 bələdiyyə birləşəcək. Birləşmə nəticəsindəölkədə bələdiyyələrin sayı 1606-da 684-ə düşəcək.

Xatırladaq ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi,ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan RespublikasınınQanununda dəyişiklik edilməsi barədə” 5 aprel 2024-cü il tarixliqanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyiildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olanbələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi vədigər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan RespublikasıMilli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdənvə (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olanbələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadivəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yolverilir.

Məqalədə:
Seçilən
11
31
az.trend.az

10Mənbələr