AZ

ABŞ İSRAİLİN İRANA HÜCUMUNU DƏSTƏKLƏYƏCƏKMİ? – “Ölümcül” olacağı vəd edilən hücum öncəsi qüvvələr nisbəti

“Milton” qasırğası ABŞ-nin Floridada ştatında böyük dağıntılara və insan ölümlərinə səbəb olub.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, güclü külək, leysan və daşqınlar nəticəsində 16 nəfər həlak olub.

Qeyd olunur ki, ən güclü beşinci Atlantik qasırğası ştatı keçərək ağacları və elektrik dirəklərini aşırıb, küçələri su basıb və binaları dağıdıb. Floridada 2,7 milyondan çox ev elektriksiz qalıb.

Analitiklərin ilkin hesablamalarına görə, “Milton”-dan iqtisadiyyata dəyən zərər 100 milyard dollara çata bilər ki, bu da ötən ilin sentyabrına qədər ABŞ-da baş vermiş bütün fəlakətlərin vurduğu ziyandan iki dəfə çoxdur. Ağ Ev zərər çəkmiş ştata federal dəstək vəd edib.

Qasırğadan əvvəl Floridada ən azı 19 tornado baş verib. “Milton”-un baş verdiyi əyalətin qərb sahilində okean səviyyəsinin təxminən üç metr artdığı təxmin edilir. Qeyd olunur ki, ştatın şərq sahilləri qasırğadan daha çox zərər çəkib. “Milton” artıq zəifləyərək okeana qayıdıb.

Florida qubernatoru Ron DeSantis, ştatın ən pis ssenaridən qaçdığını söyləyib. O, qeyd edib ki, qasırğanın əhalinin sıx məskunlaşdığı sahil şəhərlərinə birbaşa zərbə vurmasından qorxulurdu. Bununla belə dəyən zərər olduqca böyükdür.

“AzPolitika.info”

Seçilən
19
azpolitika.info

1Mənbələr