Ölkəmizdə nəqliyyat sektorunun əsas sahələrindən biri olan Azərbaycan dəmir yolları yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahəyə iri həcimli kapital qoyuluşları həyata keçirilir, ciddi investiyalar yatırılır. Nəticədə isə dəmiryol nəqliyyat sestemi üzrə ölkədə bir sıra yeniliklərin tətbiqi müşahidə olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) noyabrın 1-dən dinamik qiymət siyasətinə keçməsi, 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulması bu yeniliklərdəndir.
Son günlər isə Azərbaycanda dəmiryol infrastrukturunun ümumi vəziyyəti və qatarların sürəti məsələsi müzakirələrə səbəb olub. Belə ki, infrastrukturun köhnə olduğu, qatarların sürətinin isə Avropa və dünyadan geri qaldığı bildirilir.
Bəs buna səbəb nədir?Ümumilikdə Azərbaycanda dəmir yollarının vəziyyəti necədir?
REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli qatarların sürətinin artırılması üçün infrastrukturun yenilənməli olduğunu, bunun üçün isə böyük maliyyə vəsaitinə ehtiyac duyulduğunu bildirib:
ADY son aylarda xeyli yeniliklər həyata keçirib. Diferensial qiymət siyasətinə keçilməsi, 25 gün – bir ay öncədən bilet alarkən 18 faiz güzəştin tətbiq olunması, kartla ödənişdə 3 faizlik keşbekin qaytarılması diqqətçəkən yeniliklərdəndir. Qatarların sürəti məsələsi isə birbaşa ADY-dən asılı olan bir mövzu deyil. Çünki ümumilikdə Azərbaycanda infrastruktur çox köhnədir, ölkə ərazisindəki dəmir yollarının demək olar ki, 80 faizi SSRİ dövründən qalıb. Yerdə qalan 20 faizi isə sovet dövründən qalanların modifikasiyasından sonra istifadəyə verilənlərdir.
Hazırda sürət qatarı Bakıdan Gəncəyə 3 saat müddətində çatır ki, bu da Azərbaycan reallığında kifayət qədər yaxşı göstəricidir. Amma təbii ki, yetərli deyil. Sürət qatarlarının hərəkətinin təmin olunması üçün böyük investisiyalar tələb edilir. Məsələn, Avropada sürət qatarlarının moditifikasiyası uzun illər davam edib və ölkələr bu işi birlikdə həyata keçiriblər. Orada qatarlar yeni qurulmuş infrastuktur nəticəsində saatda 150-200 kilometr sürətində hərəkət edə bilirlər. Azərbaycanda bu nəticəyə çatmaq üçün infrastrultur tamamilə yenilənməlidir. Buna görə milyonlarla vəsait lazımdır, qısa zamanda etmək mümkün deyil”.
ADY-nin İnfrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarov da bir müddət öncə “APA-Economic”ə verdiyi müsahibədə deyib ki, dəmiryol infrastrukturu sahəsində 1960-cı illərdən miras qalan böyük çətinliklər var:
“Uzun illərdir ki, dəmir yollarında əsaslı təmir, yenidənqurma işləri həyata keçirilməyib. Bəzi infrastruktur obyektləri, qurğu və avadanlıqların istismar müddəti başa çatıb. Hazırda yol infrastrukturunun, elektrik təchizatı sisteminin, rabitə və işarəvermə sisteminin durumu bəzi ərazilərdə qeyri-kafi vəziyyətdədir. Əsasən bu səbəbdən baş yolların 58%-də sürət məhdudiyyəti tətbiq edilir. Bizim üçün ADY-nin dəyərlər sistemi, o cümlədən təhlükəsizlik amili olduqca vacibdir. Ona görə də daşımalarda təhlükəsizliyin təmin edilməsinıə sürətdən daha çox önəm verilir. Biz ölkəboyu daşımaları eyni anda dayandırıb infrastrukturu yeniləyə bilmərik, bu işlər yük daşımalara maksimum şərait yaradılmaqla mərhələli şəkildə aparılır.
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da köhnəlmiş dəmir yolu infrastrukturu yeni qatarların hərəkətinə, bütövlükdə sənayenin inkişafına əngəl ola bilər. Köhnə yollar, stansiyalar və işarəvermə sistemləri təkcə qəza riskini artırmır, həm də avtomatlaşdırma və idarəetmə sistemləri kimi müasir texnologiyaların tətbiqi imkanlarını məhdudlaşdırır”.
ADY nümayəndəsinin sözlərinə görə, problemlərdən biri də dəmir yollarının tam elektrikləşdirilməməsi ilə bağlıdır:
“Azərbaycan dəmir yolu şəbəkəsinin 63 faizini elektrikləşmiş yollar təşkil edir. Təkcə bir məlumatı deyim ki, Abşeron dairəvi dəmir yolu xəttində elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Müstəqilliyin ilk illərindən etibarən Abşeron dairəvidə sərnişin qatarlarının hərəkəti dayandırılmışdı. Yalnız 2015-cı ildə yenidən qurulmuş Bakı və şəhərətrafı marşrut üzrə sərnişindaşıma bərpa olundu. Amma bu illər ərzində elektrik, rabitə-işarəvermə, kontakt şəbəkəsi sistemləri olduğu kimi qalıb. Bu gün şəhərətrafında sabit cərəyan sistemində aidiyyəti təmir işlərinin aparılmasına ciddi ehtiyac yaranıb. Avadanlıq və qurğuların böyük bir qismi istismar müddətini çoxdan başa vurub. Sürətli texniki tərəqqi dövründə bütün dünyada dəmir yolu sistemləri modernləşmə ilə bağlı problemlərlə üzləşir. Yaşlanan infrastruktura misal olaraq dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-nin dəmir yolu şəbəkəsini göstərmək olar. Orada dəmir yollarınn bir çox hissələri yüz ildən çoxdur tikilib, müasir təhlükəsizlik və səmərəlilik tələblərinə uyğunlaşdırılmayıb. Bu səbəbdən də ABŞ dəmir yollarında tez-tez qəzalar baş verir”.
E.Zülfüqarov deyib ki, bu problemlərin həlli üçün modernləşdirməyə sərmayə qoyuluşu, təkmilləşdirilmiş idarəetmə, kadr hazırlığı və istismarda ətraf mühitin mühafizəsi məsələlərini əhatə edən kompleks yanaşma tələb olunur:
Köhnəlmiş infrastruktur problemini aradan qaldırmaq üçün dəmir yolu şəbəkələrinin müasirləşdirilməsi və yenidən qurulması üçün səylər göstərilməlidir. Buraya köhnə relslərin dəyişdirilməsi, müasir işarəvermə və nəqliyyatın idarə edilməsi sistemlərinin tətbiqi, stansiyaların yenidənqurulması daxildir. Dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə yatırılan investisiyalar sənayenin təhlükəsizliyini, səmərəliliyini və rəqabət qabiliyyətini artıracaq, həmçinin ümumi iqtisadi artım və inkişafı stimullaşdıracaq”.
O, məsələnin həlli üçün bir sıra vacib işlərin görüldüyünü və yenidənqurmanın həyata keçirildiyini qeyd edib:
“Köhnəlmiş infrastrukturun bərpası, ölkə ərazisindən keçən tranzit marşrutların buraxılış qabiliyyətinin artırılması hökumətin nəzarətindədir. Bu istiqamətdə işlər ardıcıl və davamlı olaraq görülür. Biləcəri–Yalama sahəsində yol, Bakı–Böyük Kəsik sahəsində işarəvermə və elektrik təchizatı infrastrukturlarının yenidən qurulması işləri aparılır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Horadiz–Ağbənd və Bərdə–Ağdam sahələrində infrastrukturun qurulması işləri sürətlə davam etdirilir.
Bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün 2023-cü ildən başlayaraq ADY infrastrukturun sağlamlaşdırılması, istismar müddətini tamamlamış yolların əsaslı təmir olunması, çeşidlənmə parkı və lokomotiv depolarının yenidən qurulması kimi qısa müddətdə xeyli işlər görüb. Artıq bir ildən çoxdur ki, əksər sahələrdə köhnə infrastrukturun müasirləşdirilməsi istiqamətində əsaslı təmir-bərpa işlərinə start verilib”./Globalinfo.az
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less