AZ

"Yaqub Logistika" şirkəti inzibati məsuliyyətə cəlb edilib

"Yaqub Logistika" yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Fins.az xəbər verir ki, şirkət, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, texniki baxış, sazlıq haqqında sənədin verilməsi və sürücülük vəsiqəsinin alınması qaydalarını pozmaqda ittiham olunur.

Əgər iddia təmin edilsə, "Yaqub Logistika" cəriməyə məruz qala bilər.

Eyni zamanda, "AVT Logistics" MMC barəsində də İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə protokol tərtib edilib. Bu maddəyə əsasən, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etmədikdə, fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.

Həmçinin, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə 50 manat cərimə tətbiq edilir.

Məsələ Bakı Şəhər Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın icraatındadır.

Qeyd edək ki, daha əvvəl "AS Logistika" və "AVT Logistics" şirkətləri də eyni maddə ilə məhkəməyə verilib.

Fuad Mədətov
Fins.az

Seçilən
9
fins.az

1Mənbələr