AZ

Vladimir Putin “yeni denya düzəni”ni formalaşdırmağa çağırdı

Vladimir Putin Aşqabadda keçirilən “Zamanlar və sivilizasiyalar münasibətləri – sülh və inkişafın əsası” adlı beynəlxalq forumda çıxışı zamanı bildirib ki, dünyada “əsaslı qlobal dəyişikliklərin” yeni erası başlayıb.

Yeni dünya düzəninin formalaşması dönməzdir və Rusiya bütün dəyişikliklərə açıqdır. “Dünya sülhü və hərtərəfli inkişafı yalnız hər bir xalqın rəyi nəzərə alınmaqla, hər bir dövlətin öz suveren kursu, öz dünyagörüşü, öz adət-ənənələri və dini ideyaları hüququna hörmət etməklə təmin edilə bilər”, – deyə Putin bildirib. O, əlavə edib ki, Rusiya formalaşmaqda olan çoxqütblü dünyada qarşılıqlı fəaliyyət parametrləri ilə bağlı mümkün qədər geniş müzakirənin tərəfdarıdır. Onun sözlərinə görə, Moskva dostları və tərəfdaşları ilə, o cümlədən MDB, BRİKS, Aİİ və ŞƏT çərçivəsində yeni dünya düzəninin qurulması məsələlərini müzakirə etməyə hazırdır.

Qeyd edək ki, Forum şair Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunub.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr