AZ

Pezeşkian: İran-Rusiya münasibətləri strateji xarakter daşıyır

“Rusiya ilə münasibətlərimiz səmimi və strateji xarakter daşıyır”.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə prezident Məsud Pezeşkian deyib.

O, iki ölkə arasında birgə əməkdaşlığın inkişaf etdirildiyini vurğulayaraq, vakansiyalar

"İqtisadi və mədəni baxımdan əlaqələrimiz günü-gündən möhkəmlənir. İran və Rusiya arasında artan əməkdaşlıq prosesi iki ölkənin ali rəhbərlərinin iradəsinə və bu əlaqələrin gücləndirilməsinin zəruriliyinə uyğun olaraq sürətləndirilməlidir", - deyə İran prezidenti vurğulayıb.

İran və Rusiyanın yaxşı, qarşılıqlı və bir-birini tamamlayan imkanlara malik olduğunu və bir-birinə kömək edə biləcəyini bildirən Pezeşkian əlavə edib: "Dünyadakı mövqelərimiz digərlərindən çox bir-birinə daha yaxındır".

İran və Rusiya arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasının sürətləndirilməsinə ümid etdiyini bildirən Məsud Pezeşkian deyib: "Ümid edirəm ki, Rusiyada keçiriləcək BRİKS sammiti zamanı bu sazişi yekunlaşdıracağıq".

O, regionda yaranmış vəziyyətə toxunub: "Sionist rejim (İsrail - red.) heç bir beynəlxalq hüquqi və humanitar çərçivəyə hörmət etmir və regionda vəziyyət kritikdir. Avropa və Amerika ölkələri region ölkələri arasında münasibətlərin sakit əsasda davam etməsini istəmir".

Vladimir Putin bildirib: "İki ölkə arasında əməkdaşlıq bizim üçün yüksək prioritetdir və əlaqələrin inkişafı və ticari həcmin artırılması həyata keçirilir. Beynəlxalq səviyyədə əməkdaşlıq edirik və qlobal qiymətləndirmə və yanaşmalarımız eynidir".


Telegram kanalımız
Seçilən
15
50
yenisabah.az

10Mənbələr