Braziliyada istehlak edilən enerjinin 90 %-i bərpa olunan enerji mənbələrindən əldə olunur.
“İki sahil” xəbər verir ki, bunu Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən paneldə deyib.
A.Korrea Braziliyanın təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün bərpa olunan enerji mənbələrinə ehtiyacı olduğunu qeyd edib: “Braziliya və digər inkişaf etməkdə olan ölkələrin timsalında, bərpa olunan enerji mənbələrinə əsaslanan yeni sənayeləşməyə çatmaq imkanı var. Bu, əsasən inkişaf etməkdə olan ölkələrin irəli sürə biləcəyi bir şeydir”.