AZ

AFFA-nın baş sponsoru kluba gizlicə bu qədər pul köçürdü - ŞOK TƏFƏRRÜAT!

Dünən xəbər verdiyimiz kimi, SOCAR «Kəpəz»ə ianə edib.

Məlumatda qeyd etmişdik ki, AFFA-nın da baş sponsoru olan neft şirkəti Gəncə təmsilçisinə əlavə maliyyə vəsaiti ayırıb.

Belə ki, SOCAR Premyer Liqanın himayədarsız fəaliyyət göstərən yeganə iştirakçısına 500 min manat bağışlayıb.

«Kəpəz»dən bununla bağlı dolğun informasiya ala bilmədik. «Kaş belə olsun» söyləməklə kifayətləndilər.

AFFA rəhbərliyinə yaxın mənbələr isə yaydığımız xəbəri doğruladı. Onların bildirdiyinə görə, «Kəpəz» bir müddət əvvəl maddi dəstək üçün federasiyaya rəsmi surətdə müraciət ünvanlayıb.

Bu müraciətdə maliyyə çatışmazlığı ilə üzlədikləri, mövcud problemlərin həlli yönündə addımlar atdıqları, lakin heç bir yerdən kömək ala bilmədikləri qeyd olunub.

Qurumun və SOCAR-ın prezidenti Rövşən Nəcəf məktubla tanış olandan sonra kluba kömək göstərilməsinə dair tapşırıq verib.

Həmin göstərişə əsasən, artıq yardım paketinin 250 min manatı «Kəpəz»in hesabına köçürülüb. 2025-ci ilin əvvəlində isə 200 min manat ödəniləcək.

Məbləğ vergiyə cəlb olunduğundan, ümumi vəsaitdən 50 min manat tutulacaq.

«Kəpəz»ə ayrılan maliyyə barədə ictimaiyyətə rəsmi bilgi verilmir. Məlumatın gizlədilməsi nəyə xidmət edir?

AFFA başbilənləri ehtiyatlanır ki, bu informasiya publikaya məlum olandan sonra «Səbail» və «Şamaxı» kimi imkanları məhdud klublar da onların qapısını döyəcək, «onlara yardım göstərdiz, bizə də edin» deyəcək.

«Kəpəz» cari mövsümə pis start verib. nizami yurdunun komandası ilk dövrədə ard-arda 8 məğlubiyyət alıb.

Liqanın yalnız son turunda «Neftçi»ni 4:3 udan «sarı-göylər» 3 xal qazanıb və hazırda turnir cədvəlinin axırıncı – 10-cu pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Seçilən
86
sportinfo.az

1Mənbələr