AZ

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurdular

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə”nin ilk günündə medal qazana bilməyiblər.

Fanat.Az xəbər verir ki, bu gün tatamiyə çıxan 6 idmançının hamısı mükafatsız qalıblar.

Bunlar Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) Leyla Əliyeva (48 kq) və Acelya Toprakdır (57 kq).

Turnir oktyabrın 12-də başa çatacaq.

Seçilən
16
fanat.az

1Mənbələr