Almaniyanın "Volkswagen" avtomobil konserninin qlobal satışları üçüncü rübdə 7,1%, bu ilin doqquz ayında isə 2,8% azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Satışların azalması əsasən Çində və Asiya-Sakit okean regionunun qalan hissəsində tələbin azalması ilə bağlıdır.
Bu ilin üçüncü rübündə müştərilərə 2,176 milyon, ilin əvvəlindən bəri isə 6,524 milyon ədəd avtomobil çatdırılıb.
Gözəl Həşimova