AZ

Deputat Vüqar Bayramov Milana gedir



Milli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika Federasiyasının 75-ci konqresində, həmçinin Federasiyaya üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin 14-cü beynəlxalq iclasında iştirak etmək üçün oktyabrın 12-də İtaliyanın Milan şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, tədbirlərdə təbii fəlakətlər, iqlim dəyişikliyi kimi qlobal problemlərin idarə olunmasında və risklərin azaldılmasında kosmos fəaliyyətinin əhəmiyyəti, imkanları və digər mövzular müzakirə ediləcək. Burada deputat Vüqar Bayramovun “İqlim dəyişikliyi kontekstində davamlı və inklüziv inkişaf məkanı” mövzusunda çıxışı gözlənilir.

Səfər oktyabrın 17-də başa çatacaq.

Süleyman
Seçilən
18
newscenter.az

1Mənbələr