Kiprdə yaşayan 60 yaşlı Bilal Nergis adlı şəxs həyat yoldaşı ilə mübahisə edərək kəndə köçüb.
O, daha sonra sosial şəbəkədə özünü Miray El kimi təqdim edən qadınla tanış olub. Kişi 40 yaşlı qadının “Mən kənd həyatını çox sevirəm. Odun daşıyıram, soba yandırıram” kimi sözlərinə inanaraq onunla evlənmək istəyib. Məlumata görə, qadın ondan evlənmək bəhanəsi ilə 24 dəfə ümumilikdə 520 min lirə alıb. 60 yaşlı kişi 40 yaşlı qadına inanaraq mülklərini sataraq, pulları ona göndərib.
Bilal Nergisin sözlərinə görə, özünü Miray El kimi təqdim edən qadın Türkmənistanda yaşadığını bildirib. Qadın 3 uşaq atasına kənd həyatını sevdiyini və kənddə yaşamaq üçün onunla evlənmək istədiyini ifadə edib. Aldadıldığını başa düşən 60 yaşlı kişi polisə müraciət edib.