AZ

Natali Luazo kimiləri COP29-un Azərbaycanda keçirilməsini həzm edə bilmir - RƏY

Bakı. Trend:

Bir neçə gün bundan öncə Avropa Parlamentinin Cənubi Qafqaz üzrəParlament Əməkdaşlıq Komitəsinə sədr müavini seçilən və sırfermənipərəst və Azərbaycanafob çıxışları ilə tanınan fransızdeputat Natali Luazo ölkəmizə qarşı yeni cəfəng açıqlama ilə çıxışedib. Çox maraqlıdır ki, cəmi bir neçə gündür ki, Cənubi Qafqazüzrə əməkdaşlıq Komitəsində sədr müavini seçilən Natali LuazoAzərbaycana, xalqımıza qarşı bütün nifrətini açıq şəkildə büruzəverən bir bəyanat verdi.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

"İlk növbədə, Natali Luazo öz açıqlamasında Azərbaycandakeçiriləcək COP29 sessiyası ilə bağlı cəfəng fikirlərsəsləndirib.

Onun bu fikirlərinə cavab olaraq vurğulamaq lazımdır ki, ermənilobbisinin əlində bir alətə çevrilən Natali Luazo kimiləri COP29sessiyasının əhəmiyyətini anlamır, anlasa belə, bunun Azərbaycandakeçirilməsini həzm edə bilmir. Çünki COP29 sessiyası dünyada iqlimdəyişikliyinə diqqət çəkən mötəbər bir tədbirdir.

Natali Luazo çox gözəl anlayır ki, onun öz ölkəsi olan Fransaəsrlər boyu neokolonializm siyasətini davam etdirərək, işğaletdikləri müstəmləkə ölkələrin, xalqların var-dövlətlərini talanetməklə yanaşı, oradakı təbiəti, təbii yataqları, faydalıqazıntıları mənimsəyərək, öz ölkəsinə aparıb", - millət vəkili qeydedib.

Onun sözlərinə görə, Natali Luazo COP29 sessiyası haqqındadanışmaqdansa, öz ölkəsinin qara tarixindən danışsa dahayaxşıdır:

"Natali Luazo verdiyi bəyanatda Qarabağdan getmiş erməniəhalisinin hüquqlarından bəhs edir, ancaq hələ də Fransanın işğalıaltında olan – Martinika, Yeni Kolodoniya, Korsika və digərərazilərdə öz azadlıqlarını tələb edən insanların hüquqlarıkobudcasına pozulur, öldürülür, həyatlarından və mülkiyyətlərindənməhrum olunurlar.

Natali Luazonun öz ölkəsində insan hüquqlarının kobudcasınapozulmasını kənara qoyaraq, Azərbaycana qarşı dil uzatması ikiüzlüvə riyakar siyasətdir. Ümumiyyətlə, bu şəxsin Cənubi Qafqaz üzrəİşçi qrupuna gəldikdən dərhal sonra öz iç üzünü büruzə verməsi,Azərbaycana qarşı daha çox qarayaxma kompaniyası, eskalasiya,konfrantasiyaya gəldiyini bəyan etdi.

Biz dövlət olaraq bu cür təxribatçıların, "spoiler"lərinfikirlərinə önəm vermirik. Avropa Parlamentinə belə şəxsləringəlməsi onların məsul vəzifələrə təyin edilməsini qınayır vəfikirlərini qəti şəkildə rədd edirik".

Seçilən
30
18
az.trend.az

10Mənbələr