AZ

“AzlnTelecom” bulud texnologiyalarına girişi asanlaşdırmaq üzrə işlər görür

Bakı. Trend:

“AzInTelecom” bulud texnologiyalarına çıxışı asanlaşdırmaq üçündövlət təşkilatları ilə əməkdaşlıq edir.

Trend xəbər verir ki, bubarədə “AzInTelecom” MMC-nin İdarə heyətinin rəhbəri Elxan ƏzizovBakıda "PAŞA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge”İnnovasiya Sammitində deyib.

"Hər şeydən əvvəl biz bulud provayderiyik və həm dövlət, həm dəözəl təşkilatlara infrastruktur təqdim edirik. Özəl sektordan100-dən çox müştərimiz var, bunların arasında bir çox kiçik və ortamüəssisələr var. Bu yaxınlarda biz ictimai bulud platformamızı işəsaldıq ki, bu da bizi beynəlxalq bulud provayderləri ilə bir sırayaqoyur, bulud texnologiyasını yerli şirkətlər üçün daha əlçatan vəfunksional edir. Bu, bizim əsas istiqamətlərimizdən biridir və bizöz xidmətlərini yerləşdirmək üçün böyük xərcləri ödəyə bilməyənkiçik şirkətlər üçün bulud texnologiyasını daha əlçatan etməknaminə dövlət orqanları ilə işləyirik", - deyə E.Əzizov qeydedib.

Bundan əlavə, o vurğulayıb ki, “AzInTelecom”un əsaslayihələrindən biri biometrik autentifikasiyaya əsaslanan “SİMA”elektron sistemidir.

"Hazırda bizim tətbiqimiz 2,5 milyon dəfə yüklənib və gündəlikolaraq təxminən 40 min istifadəçi sistemə qoşulur", - Elxan Əzizovəlavə edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də,innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Seçilən
10
az.trend.az

1Mənbələr