AZ

Həkim psixiatr Zaur Qasımov: Narahat ayaqlar sendromu nədir? – VİDEO

Tanınmış həkim psixiatr Zaur Qasımov “Narahat ayaqlar sendromu nədir” sualına aydınlıq gətirib.

Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov “Narahat ayaqlar sendromu” barədə danışıb.

Həkim

“Bir çox şəxslər deyirki mənim ayaqlarım narahat olur, hərəkət ettirməsəm qala bilmirəm. Xüsusən yuxuya gedən vaxtlarda bu narahatlıq dahada artır, bəzən bu narahatlığı ortadan qaldırmaq üçün ayaqlarını yuyurlar yada masaj eləttirirlər. Həmin vaxt ayaqları çox narahat olur sadəcə hərəkət eləttirirlər, və bu narahatlıq onların əhval-ruhiyyəsinə də təsir göstərir. Gün ərzində əsəbi, gərgin, yorğun və yuxulu olurlar. Narahat ayaq sendromu ilə müraciət edənlərin böyük əksəriyyəti bu xəstəlikdən xəbərsizdir və təsadüfən öyrənirlər, bu şəxslər hər zaman bu problemin həyat tərzi kimi qiymətləndirdiklərini və sendrom olduğunu bilmədiklərini qeyd edirlər. Əgər sizdə də bu problemlər varsa bu zaman həkimə müraciət edilməsi məqsədə uyğundur”, – deyə həkim psixiatr qeyd edib.

Seçilən
68
nocomment.az

1Mənbələr