Türkiyə ilə Serbiya arasında 11 əməkdaşlıq müqaviləsi imzalanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə ilə Serbiya arasında enerji, ticarət, texnologiya, idman, sosial təminat, təbii fəlakətlərin idarə edilməsi və media sahələrində 11 əməkdaşlıq müqaviləsi imzalanıb.
Ərdoğan və Vuçiç imzalanma mərasimindən sonra birgə mətbuat konfransı keçirib.