AZ

YAP Xətai rayon təşkilatının Xudu Məmmədov küçəsi 37 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Xudu Məmmədov küçəsi 37 ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilərək hər bir vədini konkret əməli ilə təsdiqləyir. Sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edən natiq Tarixi Zəfərimizin reallıqlarına söykənərək Yeni Azərbaycan Partiyasının 2021-ci ilin sonunda təsdiqlədiyi “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqramında gələcək inkişafla bağlı bütün hədəflər və onların icra mexanizmləri öz əksini tapıb. Partiyanın hər bir rayon təşkilatı, hər bir üzvü bu hədəflərin reallığa çevrilməsi istiqamətində səylə çalışır.
Qalib Azərbaycanın tarixi Zəfərindən sonra regionda yaranan yeni reallıqdan, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsindən geniş bəhs edən Vüqar Hüseynov vurğulayıb ki, Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Bu yol ölkəmizə bundan sonra da davamlı uğurlar qazandıracaq. Hazırda tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələli şəkildə qayıdışı Azərbaycanın hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olduğunu təsdiqləyir. Güclü, qüdrətli, tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan hər birimizin qürur mənbəyidir.
Tədbirdə çıxış edən partiya üzvləri Əminə Musayeva, Aida Novruzova, Yeganə Musayeva, Vəsilə Əhmədova, partiyaya yeni üzv qəbul olunan Aynur Vəliyeva, Cəmilə İsmayılova, Esmira Ruslanova Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan, sıralarının gunbəgün genişlənməsindən bəhs ediblər. Bunu Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisi kimi qeyd ediblər. Bu mühüm məqamı böyük qürur hissi ilə qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir.
Sonda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Seçilən
40
sesqazeti.az

1Mənbələr