AZ

Azərbaycanın bank sektorunun maliyyə profili 2017-ci ildən bəri xeyli möhkəmlənib - “Fitch Ratings”

Bakı. Trend:

Azərbaycanın bank sektorunun maliyyə profili 2017-ci ildən bəridollarlaşma səviyyəsinin azalması və kapitalizasiyaya olan təzyiqinazalması sayəsində əhəmiyyətli dərəcədə güclənib.

Trend bu barədə “FitchRatings”ə istinadən xəbər verir.

Qeyd edilib ki, bu yaxşılaşma kredit portfelinin daha effektivstrukturu, tənzimləyici nəzarətin sərtləşdirilməsi və maliyyəbazarının inkişafı ilə müşayiət olunub.

"Azərbaycan, 2024-cü ilin ilk yarısının yekunlarına əsasən ÜDM-ənisbətdə 20 faiz kreditləşmə səviyyəsi ilə MDB+ regionunda ən aşağıkredit nüfuzuna malik ölkələrdən biri olaraq qalır. Bununla belə,bu, bank biznesinin genişlənməsi və gəlirlərin artması üçün gələcəkillərdə imkanlar yaradır. Proqnozlara görə, kreditləşmənin artımı2024-cü ildə 20 faizə çatacaq, sonra isə 2025-ci ildə 15 faizəqədər yavaşlayacaq", - agentlik bildirib.

“Fitch” analitiklərinin fikrincə, dəyərsizləşmə əlamətləridaşıyan kreditlərin həcmi 2018-ci ilin sonundan etibarən rekordsəviyyədə azalıb.

"Bu, Azərbaycanın Beynəlxalq Bankının balansının təmizlənməsiüzrə görülən qəti tədbirlər və 2016-2023-cü illərdə zəif və kiçikbankların lisenziyalarının geri alınması sayəsində mümkün olub. Butendensiya həmçinin biznes mühitinin yaxşılaşmasını və iri,uzunmüddətli və dollarlaşmış korporativ kreditlərə qarşı banklarınrisk meylinin azalmasını əks etdirir", - reytinq agentliyindəbildirib.

“Fitch”in təhlilinə əsasən, yerli banklar getdikcə daha çoxpərakəndə kreditləşməyə diqqət yetirir ki, bu da daha az risklidirvə daha gəlirlidir.

"Pərakəndə kreditlərin payı 2024-cü ilin ilk yarısının sonundaümumi kreditlərin 58 faizinə çatıb (2018-ci ilin sonunda isə 41%idi). Bununla belə, Azərbaycanın tsiklik iqtisadiyyatı və onunstruktur çatışmazlıqları korporativ kreditlərin keyfiyyəti üçünrisk yaratmaqda davam edir", - agentlik bildirib.

X: @Lyaman_Zeyn

Seçilən
24
az.trend.az

1Mənbələr