AZ

Qız övladları necə tərbiyə edilməlidir? - AÇIQLAMA

Bu gün Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd olunur. Bu təqvim günü 2011-ci ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qızların hüquqlarının tanınması məqsədilə elan edilib və bütün dünyada qızların üzləşdiyi problemlərin həlli, onların səlahiyyətlərinin artırılması və hüquqlarının reallaşdırılmasının təşviq edilməsi zərurətinə diqqət yetirməyi tələb edir.

 

Qız övladlarının ailəyə layiqli şəkildə böyüdülməsi, tərbiyələndirilməsi hər bir valideynin qarşıya qoyduğu ümdə vəzifələrindən biridir.

 

Bəs qız uşaqları necə tərbiyə olunmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Nahidə Axundova bildirib ki, qız övladlarının tərbiyəsi, onların şəxsiyyətinin formalaşmasında və gələcəkdə uğurlu bir insan olmalarında mühüm rol oynayır.

 

"Hər bir valideyn uşağa öz fikirlərini sərbəst ifadə etməyi öyrətməldir. Uğurlarını qeyd etməyi və müvəffəqiyyətsizlikdən qorxmamağı öyrətmək lazımdır. Müxtəlif mövzularda oxumaq və öyrənmək marağını təşviq etmək də əsas amillərdən biridir. Rəngarəng fəaliyyətlərə (rəssamlıq, musiqi, idman) cəlb edin. Empati hissini inkişaf etdirərək başqalarının duyğularını anlamağı təşviq etmək də vacib şərtlərdən biridir. Onlar öz qərarlarını verməyi bacarmalıdırlar. Dostluq, əməkdaşlıq və mübahisələrin həlli kimi sosial bacarıqları öyrədərək qrup fəaliyyətlərinə qatılmağı təşviq edin.

 

Psixoloq qeyd edib ki, əxlaqi dəyərləri və mədəni irsi tanıtmaq onların tərbiyəsində böyük rol oynayır.

 

“Ailə ənənələrini paylaşaraq mənəvi bağları gücləndirin. Sağlam qidalanma və fiziki aktivliyi təşviq etməyi də öyrətməlisiniz. Onlara kiçik büdcələr tərtib edərək maliyyə biliklərini artırmağa kömək edin. Bu prinsipləri tətbiq edərək qız övladlarınızın sağlam, müstəqil və uğurlu bir insan kimi yetişməsinə kömək edə bilərsiniz. Hər zaman onların duyğularını, fikirlərini və istəklərini dinləmək də vacibdir”.

 

Ülkər Abdurahmanlı

phrase_var_article.chosen
128
3
sfera.az

4phrase_var_article.sources