AZ

BMT sülhməramlılarının müşahidə qülləsi vuruldu - Yaralılar var

BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) Livanın Nakura şəhərindəki sülhməramlı mövqeləri növbəti dəfə İsrail qüvvələrinin hücumuna məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Hücum nəticədə daha 2 sülhməramlı yaralanıb: "İsrail tankı BMT sülhməramlılarının müşahidə qülləsinə atəş açıb, nəticədə qüllə uçub. İsrail hərbçiləri hadisədən xəbərdar olduqlarını və baş verənləri araşdırdıqlarını açıqlayıblar".

Oktyabrın 10-da İsrailin BMT-dəki səfiri Denni Danon bəyan edib ki, İsrail döyüşlərin intensivləşməsi zamanı təhlükədən qaçmaq üçün UNIFIL-ə 5 km şimala hərəkət etməyi tövsiyə edib.

Ağarza Elçinoğlu 

phrase_var_article.chosen
143
50
unikal.az

10phrase_var_article.sources