AZ

İnnovasiya və texnologiyanın birləşdiyi “INMerge” İnnovasiya Sammiti davam edir

10 oktyabr 2024-cü il tarixində Bakıda PASHA Holding-in təşkilatçılığı ilə “INMerge Innovation Summit”in açılış mərasimi baş tutub. İki gün davam edən sammit regionun innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorlar arasında əməkdaşlığı təşviq etmək, iştirakçılar arasında fikir və təcrübə mübadiləsi üçün platforma yaratmağı hədəfləyir.

Sammitdə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə “Fintech”, “Telekommunikasiya”, “E-ticarət”, “Süni intellekt”, “Marketinq” kimi önəmli və dünyanın diqqət mərkəzində olan mövzular müzakirə edilir.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşüblər.

PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında sammitin əhəmiyyətini yüksək dəyərləndirib: “Regionun əsas iqtisadi oyunçularından biri kimi biz cəmiyyətimizin inkişafını dəstəkləməkdə qərarlıyıq. İnnovasiya bizim üçün sadəcə bir anlayış yox, həm də tərəqqinin rəmzidir. Bu sammit vasitəsilə biz regionun innovasiya ekosisteminin inkişafına dəyərli töhfə veririk”.

Qeyd edək ki, tədbirin ilk günü qlobal və yerli spikerlərin çıxışları ilə yadda qalıb. O cümlədən “YouTube”un həmtəsisçisi Stiv Çen, “Harvard Business School”un professoru Linda Hill və digər nüfuzlu şəxslər sammit iştirakçıları qarşısında çıxış ediblər. Sammitin ikinci günündə isə “Starbucks”ın həmtəsisçisi Zev Siegl, “Amazon”un Baş texnologiya direktoru Verner Vogels və “Waze”in qurucusu Uri Levin kimi spikerlər çıxış edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
4
19
banco.az

10Mənbələr