AZ

Bloomberg: İsrail hələ də İranın zərbəsinə cavab qərarı verməyib- ÖZƏL

İsrail hakimiyyəti hələ də İran tərəfindən edilən kütləvi raket hücumuna ölkənin hansı cavabı verə biləcəyi və bu cavabın necə görünəcəyinə qərar verməyib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" adı çəkilməyən İsrail rəsmisinə istinadən məlumat verib.

Bildirilir ki, 10 oktyabr tarixində İsrailin təhlükəsizlik iclası keçirilib, lakin bu iclasda İrana hansı cavabın veriləcəyi barədə hər hansı əhəmiyyətli qərar qəbul edilməyib. Bu məsələ ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu hökumətində fikir ayrılıqlarının yarana biləcəyi ehtimal olunur, lakin bu barədə dəqiq məlumat yoxdur.

Bloomberg həmçinin qeyd edir ki, ABŞ və bir neçə başqa ölkə İsrailin mümkün cavabından ciddi şəkildə narahatdır, çünki bu, Yaxın Şərqdə genişmiqyaslı silahlı münaqişənin yaranmasına səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr