AZ

Samir Musayev: “Hazırda yığmadan nəticə gözləmək çətindir”

Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayevin futbolinfo.az saytına müsahibəsi

– Yığma komandamız Millətlər Liqasının III turu çərçivəsində bu gün Estoniyanın qonağı olacaq. Millimizdən hansı nəticəni gözləyirsiniz?
– Vallah, indi yığma komandadan nəticə gözləmək çətindir. Bunun bir çox səbəbləri var. Məncə, ən böyük səbəb futbolçu seçiminin azlığıdır. Çempionatda iştirak edən komandaların heyətlərinə baxanda görürük ki, hərəsində az sayda yerli futbolçu oynayır. Buna görə də milli üçün seçim imkanı az olur. Nəticədə oyunlarda uğur qazanmaq da çətinləşir. İstənilən halda, yığmamızın bu görüşdə qalib gələcəyinə ümid edirəm.

– Millimizin heyətində bugünkü matçda kimdən qol gözləməyə dəyər?
– Kimin qol vurmasının önəmi yoxdur. Lap qapıçı gəlib qol vursun, əsas odur, qələbə qazanaq. Milli komanda gözəl oyun yeri yox, nəticə yeridir. Estoniya ilə görüşdə bizi ancaq qələbə qane edə bilər. Odur ki, bütün futbolçular qol vurmağa can atmalıdırlar.

– Millimiz Estoniya ilə matçdan 3 gün sonra Bakıda Slovakiyanı qəbul edəcək. Yığma komandamızın növbəti görüşdə azarkeşləri sevindirmək şansı nə qədərdir?
– Əslində, azarkeşləri hər oyunda sevindirmək futbolçularımızın borcudur. Çünki Azərbaycan xalqı onlardan ən azı Gürcüstan yığmasının uğuru ölçüsündə uğur gözləyir. Millimiz üçün hər oyun finala bərabər olmalıdır. Azərbaycan yığması da öz nəticələri ilə azarkeşlərini sevindirməlidir.

– Fernandu Santuşun dəvət göndərdiyi futbolçulardan əlavə daha kimlərə özünü göstərmək üçün şans vermək olardı?
– Hazırda konkret kimsə ağlıma gəlmir. Bir onu deyə bilərəm ki, klublarının heyətində kimlər yaxşı oyun göstərirsə, kimlər hazırda daha yaxşı formadadırsa, onlara da millidə yer verilməlidir.

– Azərbaycan yığmasının Millətlər Liqasını bu dəfə neçə xalla bitirəcəyini düşünürsünüz?
– Əslində, biz bu barədə düşünməməliyik. “Avropa çempionatına çıxmaq üçün 1-2 xal lazımdır” deyərək, müzakirələr aparmalıyıq.

CAVAD

Seçilən
119
futbolinfo.az

1Mənbələr