Fəal gənc Aymar Babayev Meksikanın Keretaro Ştatında Oktyabrın 7-10 kimi keçirilən BMT-nin Ümumdünya Məskunlaşma Günündə iştirak edib.
BMT-nin Məskunlaşma proqramı (UN-HABİTAT) tərəfindən keçirilən konfransın mövzusu “Gənclər və Gənclər üçün Dayanıqlı Urbanizasiyadır” .
Aymar Babayev oktyabrın 10-da keçirilən Dünya gənclərin panel sammitində çıxış edib.
Qeyd edək ki Azərbaycan 2023-cü ildə həmin tədbirə ev sahibliyi edib.