AZ

Fransa İsraildəki səfirini geri çağırıb - SƏBƏB

Fransa İsrail ordusunun BMT sülhməramlılarını Livanın cənubunda yerləşən Nakura bazası yaxınlığında atəşə tutulmasından sonra Təl-Əvivdəki səfirini geri çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

"Bu hücumlar beynəlxalq hüququn ciddi pozulmasıdır və dərhal dayandırılmalıdır",- Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Buna qədər Fransa prezidenti Emmanuel Makron İsraildən hərbi əməliyyatları mümkün qədər tez başa çatdırmağı tələb etmişdi. O, həmçinin Fransa xarici işlər naziri Jan-Noel Barroya Livan və Qəzzada gərginliyin azaldılması üçün Yaxın Şərqdə məsləhətləşmələr aparmağı tapşırıb.

phrase_var_article.chosen
99
1
iqtisadiyyat.az

2phrase_var_article.sources