Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban başda Ursula don der Lyayen başda olmaqla, Avropa İttifaqı hakimiyyətini onun başçılıq etdiyi hökuməti devirməyə çalışmaqda ittiham edib.
Bu barədə o, dövlət radiosuna müsahibəsində söyləyib. O bildirib ki, macarlar Avropa Parlamentində baş verənlərdən şoka düşüblər: "Çünki onların şüurunda Avropanın və Avropa siyasətinin fərqli obrazı həkk olunmuşdu. Biz oradakıları ağıllı adamlar hesab edirdik və siyasi debatların daha yüksək səviyyəli olduğunu zənn edirdik".
Orban qeyd edib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə Avropa Xalq Partiyasının lideri Mandred Veber "Macarıstan hökumətini devirmək və onu Brüsselə tabe olan hökumət ilə əvəz etmək istəyirlər". Orban deyib: "Macarıstanı Aİ sədrliyindən məhrum etmək istəyirlər. Onlar Macarıstanın yeni hökumətinin üzvlərinin adlarını sadalayıblar. Avropa sosialistləri Klara Dobrevi, Avropa Xalq Partiyası isə Peter Madyarı dəstəkləyir... Brüssel Macarıstan hökumətinə sosialist ilə Xalq Partyasının üzvünü nümayəndə kimi göndərmək istəyir. Suverenlik siyasəti başa çatıb. Bizim Brüsseldən gəlmə hökumətimiz olacaq. Baş verənlərin məğzi budur".
Baş nazir macarların bunu istəmədiyini söyləyib və buna görə də debatlara qoşulub cavab verdiyini deyib.
Hürr Tərcüman