AZ

Macarıstan səfiri: Yaşıl enerji dəhlizi layihəsi iqlim dəyişikliyinə töhfə verəcək təşəbbüsdür

Azərbaycan qlobal miqyasda ən mühüm tədbirə - COP29-a ev sahibliyi edəcək.

APA xəbər verir ki, bu barədə “Yaşıl keçid və iqlim dəyişikliyi: COP29-a nəzəri və praktiki yanaşmalara” dair dəyirmi masada Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

Səfiri bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi Macarıstanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi vaxta təsadüf edir:

Avropa İttifaqı Şurasına sədrlik Macarıstanın iqlimə davamlı gələcəyin qurulmasına tam sadiqliyini vurğulamaq üçün üçün həlledici məqamdır”.

Diplomat Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniyanın birgə təşəbbüsü olan Yaşıl enerji dəhlizi layihəsindən də danışıb: “Ümid edirik ki, Yaşıl enerji dəhlizi layihəsi iqlim dəyişikliyinə töhfə verəcək və bərpa olunan enerjinin inkişafı üçün əsas rol oynayacaq bir təşəbbüsdür. Həmçinin, Yaşıl enerji dəhlizi layihəsi Avropa ilə Cənubi Qafqaz üçün daha aydın, daha yaşıl gələcəyə nail olmaq üçün əməkdaşlığın və tərəfdaşlığın əhəmiyyətinin nümayişidir”.

Azərbaycan və Macarıstandan rəsmi şəxslər və ekspertlərin iştirak etdiyi tədbirdə yaşıl eneriyə” keçid və iqlim dəyişikliyi mövzusu müzakirə edilib.

phrase_var_article.chosen
47
1
apa.az

2phrase_var_article.sources