AZ

ABŞ COP29-da karbon vergisinin həllinə ümid edir

Bakı. Trend:

ABŞ COP29 çərçivəsində karbon qazı emissiyalarına vergiqoyulması məsələsini həll etməyə ümid edir.

Bunu Bakıda keçirilən brifinqdə ABŞ prezidentinin beynəlxalqiqlim siyasəti üzrə baş müşaviri Con Podesta Trend-in sualını cavablandırarkəndeyib.

"Birləşmiş Ştatlar, Avropanın böyük hissəsi, Yaponiya, bəlkə dədünyanın əksər hissəsi 2050-ci ili xalis sıfır emissiyaya nailolmaq məqsədi qoyub. Çin 2060-cı ili məqsəd kimi qoyub. Lakin buemissiyaların azaldılmasına yönəlmiş siyasətlər milli şərtlərdənasılı olaraq fərqlilik göstərəcək.

Karbon qiymətinə gəlincə, bəzi ölkələr emissiyalarını azaltmaqüçün bunu əsas kimi qəbul ediblər”, - deyə o bildirib.

Podesta qeyd edib ki, ABŞ-də bəzi karbon qiymətləri var.

"Xüsusilə biz neft və qaz sektorumuzdan artıq metanemissiyalarına görə ödəniş aldığımız bir sistemin tətbiqinə startverdik. Avropada karbon qiymətləri onların emissiyalarınınazaldılması strategiyasının əsasını təşkil edir.

Karbon bazarları ilə bağlı ayrıca məsələ var. Və bu, həqiqətəndə, burada danışıqların mərkəzindədir. Bu, karbon bazarları iləbağlı danışıqların əsasını təşkil edən 6-cı maddə adlananməsələdir.

Biz müzakirə olunan iki əsas məsələdən biri üzrə mühümirəliləyiş əldə etmişik. Düşünürəm ki, başqa bir məsələdə də yaxşıirəliləyiş əldə etmişik”, - deyə o əlavə edib.

Seçilən
54
1
az.trend.az

2Mənbələr