AZ

Vəzifəli şəxs işdən çıxarıldı

Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

XALQ.AZ-ın məlumatına görə, sözügedən şöbənin müdiri Vüqar Məcidli işdən çıxıb.

Nazirlikdən məlumatı təsdiqləyiblər və bildirilib ki, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, V. Məcidli 2015-ci ildən nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki,  Vüqar Məcidli həmçinin   “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvüdür.

Seçilən
38
17
xalq.az

10Mənbələr