AZ

ABŞ COP29-da karbon vergisinin həllinə ümid edir

ABŞ COP29 çərçivəsində karbon qazı emissiyalarına vergi qoyulması məsələsini həll etməyə ümid edir.

Bunu Bakıda keçirilən brifinqdə ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Trend-in sualını cavablandırarkən deyib.

"Birləşmiş Ştatlar, Avropanın böyük hissəsi, Yaponiya, bəlkə də dünyanın əksər hissəsi 2050-ci ili xalis sıfır emissiyaya nail olmaq məqsədi qoyub. Çin 2060-cı ili məqsəd kimi qoyub. Lakin bu emissiyaların azaldılmasına yönəlmiş siyasətlər milli şərtlərdən asılı olaraq fərqlilik göstərəcək.

Karbon qiymətinə gəlincə, bəzi ölkələr emissiyalarını azaltmaq üçün bunu əsas kimi qəbul ediblər", - deyə o bildirib.

Podesta qeyd edib ki, ABŞ-də bəzi karbon qiymətləri var.

"Xüsusilə biz neft və qaz sektorumuzdan artıq metan emissiyalarına görə ödəniş aldığımız bir sistemin tətbiqinə start verdik. Avropada karbon qiymətləri onların emissiyalarının azaldılması strategiyasının əsasını təşkil edir.

Karbon bazarları ilə bağlı ayrıca məsələ var. Və bu, həqiqətən də, burada danışıqların mərkəzindədir. Bu, karbon bazarları ilə bağlı danışıqların əsasını təşkil edən 6-cı maddə adlanan məsələdir.

Biz müzakirə olunan iki əsas məsələdən biri üzrə mühüm irəliləyiş əldə etmişik. Düşünürəm ki, başqa bir məsələdə də yaxşı irəliləyiş əldə etmişik", - deyə o əlavə edib.

Seçilən
26
1
day.az

2Mənbələr