AZ

Elşad Məmmədov: “Azərbaycandan xaricə köçürülən vəsaitlərin artması narahatedici məqamdır”

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-a ölkəyə xaricdən köçürülən vəsaitlərin azalmasının səbəbləri və Azərbaycandan xaricə köçürmələrin artmasının iqtisadi təsirləri ilə bağlı fikirlərini bölüşüb. O, xüsusilə vurğulayıb ki, xaricdən daxil olan vəsaitlərin azalması ilk növbədə Rusiya amili ilə əlaqədardır:

"Hesab edirəm ki, Azərbaycana xaricdən köçürülən vəsaitlərin həcminin azalması, əsasən Rusiya iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlıdır. 2022-23-cü illərdə müşahidə edilən kəskin artımlar Rusiya əmək bazarındakı dəyişikliklərin nəticəsidir. İndi isə bu rəqəmlərin azalması normaldır və prosesdə sabitləşmə müşahidə olunur."

Lakin professor Məmmədov Azərbaycandan xaricə köçürmələrin artmasının narahatedici olduğunu qeyd edib: "Ölkədən kapitalın çıxarılması iqtisadi baxımdan mənfi təsir göstərə bilər. Buna görə də, bu tendensiyanı diqqətlə təhlil etmək və müvafiq tədbirlər həyata keçirmək zəruridir."

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
93
qht.az

1Mənbələr