Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen və Avropa Xalq Partiyasının lideri Manfred Veber Macarıstan hökumətini devirmək istəyirlər.
Oxu24.com xəbər verir ki,bunu Macarıstan Nazirlər Kabinetinin rəhbəri Viktor Orban Kossuth radiosunun efirində deyib.
"Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Xalq Partiyasının lideri Manfred Veber suveren Macarıstan hökumətini devirməyə çalışırlar",-deyə o bildirib.
Orbanın sözlərinə görə, hazırkı Macarıstan hökumətinin “Brüssel tipli” administrasiya ilə əvəzlənməsi gözlənilir.
Oktyabrın 9-da Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Macarıstanın baş naziri Viktor Orbanla debatda onun Ukraynadakı münaqişənin həlli istiqamətindəki səylərini sərt şəkildə tənqid edərək, Kiyevə hərtərəfli dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib.
Daha əvvəl məlumat verilmişdi ki, Macarıstan Ukrayna ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil.
Nigar