AZ

Nasser Əl-Xelaifi: “İstəməyən klublar DÇ-də oynamasınlar”

PSJ prezidenti Nasser Əl-Xelaifi FIFA Klub Dünya Kubokunun yenilənmiş tərtibatı ilə bağlı tənqidləri cavablayıb.

Arena.az xatırladır ki, tənqidin əsasını futbolçuların mövsüm ərzində daha çox oyun keçirəcəyi amili təşkil edir.

“Bütün komandalar klublararası dünya çempionatında iştirak etmək istəyirlər. Şikayətləri olan futbolçular və ya klublar burada oynamaya bilərlər. Bəli, şikayətləriniz varsa, oynamayın. Mən qəzəb doğuran rəylər almışam, beləki, əksinə, hər ölkədən yalnız iki komandanın iştirakını şərtləyən məhdudiyyət var. Qəzəb sahibləri ikidən çox klubu yarışa bəyan etmək istəyirdilər. Digər tərəfdən, futbolçulardan da şikayətlər var”, deyə Nasser Əl-Xelaifi etiraf edib.

Xatırladaq ki, FIFA Klub Dünya Kubokunun yeni tərtibatı üzrə iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksəldilib. Yarışda Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcəklər. Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək ABŞ-da keçiriləcək.

Vurğulayaq ki, futbol dünyasının nüfuzlu və aparıcı simalarının böyük əksəriyyəti, həmçinin oyunçular müvafiq tərtibatda klublararası dünya çempionatının ifrat sıx təqvim soxasoxunda keçirilməsini uca səslə tənqid etsələr də, FIFA-nın məsələyə baxışı göz qabağındadır.

Seçilən
69
arena.az

1Mənbələr