Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərinə qururdu.Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya yığmasına qarşı UEFA Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.Təcrübəli mütəxəssis 1:3 hesablı məğubiyyəti şərh edib:"Komandamız görüşə çox yaxşı başlamışdı. 35-ci dəqiqəyə qədər kompakt oyun sərgiləyirdik. Rəqib komanda qapımız qarşısında qoş şansı əldə edə bilmirdi. Lakin futbol belə bir oyundur. İlk qolu buraxdqdan sonra komanda da ruh düşkünlüyü yarandı. Özümüzü toparlayıb, bərabərlik qolunu vurduq. Təəssüf ki, bərabərliyi qoruyub saxlaya bilmədik. Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərinə qururdu. Əgər topu rəqib qapısından keçirə bilmirsənsə, rəqib komanda bundan faydalanacaq",Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.