AZ

"Rəqib öz oyunumuzu oynamağa imkan vermədi" - Fernandu Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya yığmasına qarşı UEFA Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında matçı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis Tallində 1:3 hesabı ilə uduzduqları matçla bağlı danışıb: 

"Komanda qarşılaşmaya yaxşı başladı, ilk 35 dəqiqə kompakt oynadıq. Bu müddətdə rəqibin şansı olmadı. Amma qol buraxdıqdan sonra vəziyyət dəyişdi. Fasilədə də dedim ki, ilk 35 dəqiqədə olduğu kimi oynamalıyıq. Rəqib ağıllı davrandı, bizə imkan vermədi ki, öz oyunumuzu oynayaq. Şanslarımız oldu, amma yararlana bilmədik. Rəqib komanda bizə meydanda yer buraxmadı. Əks-hücumda qol vurdular. Bizim 4-5 real şansımız oldu. Əsas problemimiz müdafiədədir. 3 oyunda 8 qol buraxmışıq. Biz öz işimizi davam etdirməliyik. Bu problemlərin üzərində işləməliyik. Bu gün 3-4-3 sxemi ilə başlamışdıq. Taktikanı dəyişmək fikrimiz yoxdur. Hücum futbolu oynamaq istəyirik. Yarımmüdafiədə 4 futbolçu ilə oynayırıq. Bədavi Hüseynov kapitanımız idi, amma o azərbaycanca yaxşı danışa bilmir. Ona görə Abbas Hüseynovu kapitan seçdik".

phrase_var_article.chosen
91
5
fanat.az

6phrase_var_article.sources