AZ

“Asiya əjdahası”ndan sürpriz həmlə: Qaydasız rəqabət başladı

Vaşinqton hesab edir ki, Pekin rəqiblərini zəiflətmək üçün dünya bazarlarına həddən artıq litium tədarük edir. “Reuters”in məlumatına görə, Çin litium tədarükünü həddən artıq artırmaqla bu məhsula qiymətlərin aşağı salınmasına nail olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, ABŞ dövlət katibinin Xose Fernandez də belə bir açıqlama verib:

“Fernandez brifinqdə deyib ki, Çin bu gün dünyanın ehtiyac duyduğundan daha çox litium istehsal edir. Amerikalı rəsminin fikrincə, Çin bu sahədə rəqabət yox olana qədər qiymətləri aşağı salmağa çalışır.

Çin Çili və Avstraliyadan sonra dünyanın üçüncü ən böyük litium istehsalçısıdır. Litium elektronika və elektrik nəqliyyat vasitələri üçün həyati əhəmiyyət kəsb edən batareyaların istehsalında istifadə olunur. Litium dünya iqtisadiyyatın əsas sütunlarından birinə çevrilib. Çünki litium gələcəyin təmiz elektrik şəbəkələrində enerji saxlamağın əsas vasitələrindən biridir. Çin bu məhsulu həddən artıq tədarük etdiyinə və elektrik avtomobillərinə tələbatın azalması səbəbindən litium son bir ildə 80 faizdən çox ucuzlaşıb. Bu ucuzlaşma litium istehsal edən dövlətlərin gəlirlərini xeyli dərəcədə azaldıb.

Çin ucuz litium hesabına elektrik avtomobillərin qiymətini aşağı salıb və Avropa İttifaqı bu sahədə rəqabətdə geri qalıb. Brüssel, öz istehsalçılarını qorumaq üçün Asiyanın iqtisadi supergücündən ucuz qiymətə elektrikli avtomobillərin axınının qarşısını almağa çalışır”.

Təhlilçilərə görə, Pekin Vaşinqton və Brüsselin Çində istehsal olunan elektrikli avtomovillərin tarif qiymətlərinin qaldırılmasını qlobal ticarət qaydalarının pozulması kimi qiymətləndirir:

“Pekin məhdudiyyətlərlə bağlı Ümumdünya Ticarət Təşkilatına şikayət edib. Pekin təşkilatın cavabını gözləmədən Avropadan idxal olunan süd və donuz əti məhsullarının qiymətini qaldırıb. Avropa İttifaqı Çinlə iqtisadi sahədə gərginlik istəməsə də, məhsulların tarif qiymətlərinin qarşılıqlı olaraq qaldırılması faktiki ticarət müharibəsinin başlanğıcıdıq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
40
teleqraf.com

1Mənbələr