AZ

“Heç bir klubu özümüzə rəqib görmürəm” - “Red Black Army”

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında gərgin mübarizə gedir.

Belə görünür ki, çempionluq yarışında üç komanda – “Karvan”, “Qəbələ” və “İmişli” iştirak edir. Kaxaber Sxadadzenin çalışdırdığı “qırmızı-qaralar” 10 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Cari mövsümdə əldə olunan nəticələr sizi nə dərəcədə razı salır? Komandanın oyun üslubu xoşunuza gəlirmi? 1-ci liqada çempionluq uğrunda mübarizədə kimi özünüzə əsas rəqib görürsüz? Bu sualları “Red Black Army” azarkeş qrupunun rəhbəri Cavad Şərifliyə ünvanladıq:

“Yeni yığılmış komandadı. Hələ tam formalaşmayıb. Buna baxmayaraq, nəticələrimiz yaxşıdı. Oyunumuz pis deyil və hər qarşılaşmada daha da yaxşı olacağına əminəm. Heç bir klubu özümüzə rəqib görmürəm. Amma “Karvan”, “İmişli”, “Zaqatala” kimi iddialı komandalar var. Düşünürəm ki, “Qəbələ”mövsümünsonundaçempion olub, yenidən premyer-liqaya dönəcək”.


ƏSƏD SEYİDOV
Seçilən
16
football-plus.az

1Mənbələr