AZ

“SeaBreeze”də pulsuz mənzilin sahibi MÜƏYYƏNLƏŞDİ -FOTO/VİDEO

Xalq artisti Emin Ağalarovun yayın sonlarına doğru başlatdığı ““SeaBreeze”də pulsuz mənzil” yarışması başa çatıb və qalib müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə E. Ağalarov “Instagram”da canlı yayım zamanı məlumat verib.

“Əziz dostlar! ““SeaBreeze”də pulsuz mənzil” aksiyamızın qalibini elan etməkdən məmnunluq duyuruq!

Qalib “@qasiimovaaa__” hesablı şəxsi təbrik edirik! “Park Residences 2” yaşayış kompleksində eyvanlı və təmirli mənzil seabreeze.az saytında yerləşdirilən aksiya qaydalarına uyğun olaraq şanslı iştirakçımıza təqdim edilir.

Tezliklə müsabiqə ilə bağlı hesabat dərc ediləcək”, - deyə “SeaBreeze”in sosial şəbəkə hesabında qeyd edilib.





Bizim.Media

Seçilən
26
bizim.media

1Mənbələr