“Bu cür getsələr, demirəm, çempion olacaq, amma bir-iki ilə komanda özünü doğruldacaq”.
Sportinfo.az xəbər verir ki, bunu teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı Aqil Abbas deyib.
O, yığmanın hazırkı durumu haqda fikirlərini bölüşüb: “Komandanın Millətlər Liqasının ilk oyununda Bakıda İsveçə məğlub olması təəssüf doğurur.
Bu, Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi ilə ilk oyunu idi. Görünür, komanda özünü toparlaya bilməyib.
Bəxtsizlik də oldu. Sadəcə, “vuran ayağ”ımız olmadı.
Penaltini də qaçırdıq. Adama deyərlər ki, vura bilmirsənsə, de, mənlik deyil.
Qoy Emin Mahmudov vursun. Söhbət heç də baş məşqçinin ilk oyunundan getmir.
Futbolçular ürəklə oynadılar. Qarşıdakı oyunlarda daha yaxşı oynamaq lazımdır”.