AZ

Yürgen Kloppun "Red Bull"dakı qazancı bilindi - MƏBLƏĞ

Bu həftə "Red Bull" şirkətinin futbol əməliyyatlarının qlobal rəhbəri vəzifəsinə təyin edilən Yürgen Kloppun yeni işindəki qazancı bəlli olub.

Fanat.Az xəbər verir ki, alman mütəxəssis şirkətdə ilinə 10-12 milyon avro qazanacaq.

Məlumatı tanınmış insayder Florian Plettenberg yayıb. 

Xatırladaq ki, daha öncə "Maynts" və Dortmund "Borussiya"sını çalışdıran Klopp ötən mövsümün sonunda "Liverpul"un baş məşqçi postunu öz istəyi ilə tərk edib. 

Yürgen Klopp "Red Bull"da işinə yanvarın 1-dən başlayacaq.

Mirağa

Seçilən
9
fanat.az

1Mənbələr