AZ

“Böyük Dəbilqə”nin ikinci günündə 4 cüdoçumuz mübarizəyə qoşulur

Abu-Dabidə (BƏƏ) cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

İdman.biz xəbər verir ki, ikinci yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxacaq.

73 kq
Rəşid Məmmədəliyev Bruno Bermeo (Ekvador) ilə görüşəcək. Nəriman Mirzəyev Tatsuki İşihara (Yaponiya) ilə qarşılaşacaq.

81 kq
Zelim Tskaev Botond Tota (Macarıstan) ilə mübarizə aparacaq. Ömər Rəcəbli çıxışına ikinci mərhələdən başlayacaq. O, Viçenzo Peliqra (İtaliya) - Ruslan Musayev (Qazaxıstan) cütünün qalibini gözləyir.

Qeyd edək ki, turnirin ilk günündən sonra komandanın aktivində Açelya Toprakın (57kq) qazandığı 1 bürünc medal var.

İdman.biz

Seçilən
25
idman.biz

1Mənbələr