İspaniya Futbol Federasiyası ölkə Superkuboku finalının qaydaları ilə bağlı dəyişiklik edib.
Sportinfo.az xəbər verir ki, dəyişikliyə əsasən, final qarşılaşmasında əlavə vaxt ləğv olunub.
Bundan sonra əsas vaxtı heç-heçə ilə yekunlaşan final matçlarında, birbaşa penaltilər seriyası oynanılacaq.
İspaniya Superkubokunun sonuncu qalibi “Real Madrid” klubu olub.