Bakı. Trend:
Ötən ay Azərbaycanda bahalaşn və ucuzlaşan məhsullaraçıqlanıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sentyabrda ayrı-ayrıqida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal vəqoyun ətinin, kolbasa məmulatlarının, kərə yağının, yumurtanın,şaftalının, qozun, şabalıdın, pomidorun, şirin bibərin, badımcanın,göy lobyanın, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətində,azalma isə qarabaşaq yarmasının, limonun, almanın, armudun, üzümün,ağ kələmin, xiyarın, balqabağın, süfrə çuğundurunun qiymətlərindəmüşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər başverməyib.