AZ

Çin Mars atmosferində enerji ilə doldurula bilən akkumulyator hazırlayıb

Çin Mars atmosferində enerji ilə doldurula bilən akkumulyator hazırlayıb

Çin alimlərinin Marsın atmosferi tərəfindən doldurula və Marsın sərt şərtlərinə tab gətirə bilən akkumulyator hazırladıqları açıqlayıb."South China Morning Post" qəzetinin məlumatına görə, Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları hazırlanmış batareyanın 1350 saatdan çox (iki Mars ayı) işləyə biləcəyini bildiriblər.Marsda atmosfer tərəfindən doldurula bilən və sərt şərtlərə davamlı olduğu qeyd edilən batareya sıfırdan 60 dərəcəyə qədər olan şəraitdə gecə-gündüz işlək qala bilir.Yeni hazırlanmış batareya adi batareyalar kimi enerji saxlamasa da kimyəvi maddələrlə davamlı reaksiya verərək elektrik enerjisi istehsal edə, günəş və nüvə enerji mənbələri ilə də doldurula bilir.Çin Elm və Texnologiya Universitetinin tədqiqatçısı Xiao Xu batareyanın işləmə üsulu ilə bağlı verdiyi açıqlamada, batareyanın Mars atmosferindəki karbon qazı, oksigen və karbon monoksitdən enerji olaraq istifadə edə biləcəyini söyləyib.Bu batareyaların peyk atma xərclərini azaldacağına işarə edən Xiao, bunun kosmos missiyaları üçün faydalı olacağını qeyd edib.Mənbə: AA

Seçilən
51
4
afn.az

6Mənbələr