Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinə nəzarətlə bağlı danışıb.
Modern.az-ın məlumatına görə, Nikol Paşinyan İrəvanda keçirilən “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” konfransı zamanı deyib ki, Zəngəzur dəhlizində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız yolun monitorinqi funksiyası verilə bilər.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın heç bir bəndi Ermənistanın suveren hüquqlarının hər hansı məhdudlaşdırılmasını nəzərdə tutmur.
Paşinyan üçtərəfli bəyanatın 9-cu bəndini şərh edərkən bildirib ki, orada nəqliyyat rabitəsinə nəzarətin Rusiya FTX-nin sərhəd xidməti orqanları tərəfindən həyata keçirildiyi qeyd edilib.
"Bunun nə demək olduğu Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında izah olunub. Deməli, Ermənistanın öz öhdəliklərini necə yerinə yetirdiyini görmək üçün Rusiya Federasiyasına bir növ monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less