AZ

Podolyak: “İstənilən silahla Rusiyaya zərbə endirə bilərik”

“Ukrayna Silahlı Qüvvələri istənilən silahla Rusiyanın dərinliklərinə zərbə endirmək hüququna malikdir”.

Bizim.Media “qazeta.ru”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Eyni zamanda Mixail Podolyak Kiyevin bu icazəni Qərb ölkələrindən alıb-almaması sualına birbaşa cavab verə bilməyib.
 

“Beynəlxalq hüquqa görə, bizim “təcavüzkar ölkəyə” istənilən silahla hücum etmək hüququmuz var”, - Podolyak deyib.


Xatırladaq ki, bir müddət əvvəl ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirməyə icazə verməsi ilə bağlı xəbərlər yayılmışdı. Lakin bu məlumatlar rəsmən təsdiq edilməyib.

Bizim.Media

Seçilən
100
50
bizim.media

10Mənbələr